Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinin elçisini qəbul edib

Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinin elçisini qəbul edib
# 03 iyun 2014 14:10 (UTC +04:00)

APA-nın məlumatına görə, Böyük Britaniyanın baş naziri Devid Kemeronun XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransına ünvanladığı məktuba görə təşəkkürünü bildirən prezident İlham Əliyev məktubda ölkələrimiz arasında əməkdaşlığın bir çox sahələrini, xüsusilə enerji sektorunu əhatə etməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycanla Böyük Britaniya arasında iqtisadi sahədə güclü tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayan dövlət başçısı enerji sektorunda əməkdaşlığımızın uzun illər uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev qeyri-energetika sahəsində əməkdaşlığımızın inkişafına toxunaraq, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Dövlət başçısı bu yaxınlarda Böyük Britaniyadan olan parlament nümayəndə heyəti ilə görüşü zamanı ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa dair müzakirələrin aparıldığını vurğulayıb.

Öz növbəsində Ç.Hendri Azərbaycan prezidentinə XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransında Böyük Britaniya, xüsusilə “bp” haqqında fikirlərinə görə minnətdarlığını bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığı bir çox sahələrdə genişləndirməkdə maraqlı olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR