Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Dağüstü Parkda və Heydər Əliyev Mərkəzində olublar - FOTO

Prezident  İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Dağüstü Parkda və Heydər Əliyev Mərkəzində olublar - <span style="color: red;">FOTO
# 14 iyun 2014 21:25 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu iyunun 14-də Dağüstü Parkda olublar. APA-nın məlumatına görə, prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu şəhərin mənzərəsini seyr ediblər.

Sonra prezident İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozunu çay süfrəsinə dəvət edib.

Həmin gün prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Heydər Əliyev Mərkəzində olublar. Prezident İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə birlikdə Heydər Əliyev Mərkəzini gəziblər.

Mərkəzin fəaliyyəti ilə tanış olan qonaq əvvəlcə 1969-cu ildən 2003-cü ilədək Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıb. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib.

Prezident İlham Əliyev və Joze Manuel Barrozu Mərkəzdə məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisinə də baxıblar.

Sonra qonaq Mərkəzin “Auditorium” və konfrans zallarına baxıb.

Daha sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Heydər Əliyev Mərkəzinin qarşısında tanınmış fransız rəssam və heykəltəraş Lorens Cenkellin fərdi sərgisi ilə tanış olublar. Burada nadirliyi ilə fərqlənən və müxtəlif ölkələrin bayraqlarını özündə təcəssüm etdirən kompozisiyalar nümayiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR