Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək
# 06 noyabr 2013 13:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn həftə Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək.

Noyabrın 13-də İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalendanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə ikitərəfli biznes forum keçiriləcək.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, foruma tikinti, infrastruktur, memarlıq, dizayn, inşaat materiallarının istehsalı və hidroenergetika sahələrində fəaliyyət göstərən 50-dən artıq İtaliya şirkətinin qatılacağı gözlənilir.

Azərbaycanlı iş adamları və sahibkarlar forumda iştirak etməyə dəvət edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR