Ötən il Azərbaycanda seleksiya tədqiqatları nəticəsində 18 yeni bitki sortu yaradılıb

Ötən il Azərbaycanda seleksiya tədqiqatları nəticəsində 18 yeni bitki sortu yaradılıb
# 05 mart 2014 10:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 13 elmi tədqiqat institutunda 26 problem üzrə 106 mövzuya dair tədqiqatlar aparılıb, dənli, dənli-paxlalılar, pambıq, üzüm, meyvə, tərəvəz, bostan və digər bitkilərin 25 483 genofondu öyrənilib.

APA-nın məlumatına görə, Azərbaycan Nazirlər Kabinetinin 2013-cü ilə dair hesabatında qeyd olunub ki, tədqiqatların yerinə yetirilməsin 701 nəfər elmi işçi iştirak edib, 439 elmi məqalə və tezis, 17 kitab, 3 elmi əsərlər məcmuəsi, 13 nəfər fəlsəfə doktoru, 2 nəfər isə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

Ötən il Aqrar Elm Mərkəzinin təsərrüfatlarında cəmi 1865,8 ton taxıl toxumları istehsal edilib ki, bunun da 34,9 tonu orijinal, 226,2 tonu superelit, 1604,7 tonu elit toxumlardır. Eyni zamanda 2,08 ton tərəvəz, 114,8 ton pambıq, 61,6 ton kartof, 7,0 ton yonca, 1,0 ton xaşa toxumu, həmçinin 17,0 min ədəd meyvə tingi istehsal olunub.

Hesabat ilində seleksiya tədqiqatları nəticəsində yaradılmış 18 bitki sortu Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət komissiyasına sınaq üçün təqdim edilib, 6 bitki sortu, 1 ipəkqurdu cinsi və onun 2 hibridi rayonlaşdırılıb. Elmi işlərin nəticələrinə əsasən, 1 monoqrafiya, 24 dərslik, 21 dərs vəsaiti, 12 elmi əsərlər məcmuəsi, 4 plakat, 5 tövsiyə və 885 elmi məqalə çap edilib, 4 nəfər fəlsəfə doktoru, 1 nəfər elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 2 ixtiraya patent sənədi hazırlanıb, yeni yaradılmış 2 qarğıdalı, 1 tritikale, 1 yumşaq buğda sortları rayonlaşmaya təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR