Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub
# 27 dekabr 2013 15:22 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-180, Kiçik Qafqazın çaylarında 110-170, Lənkəran-Astara bölgəsi çaylarında 60-70, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, dekabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 75 m3/s, ongünlük normanın 51 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla, ongünlük normanın 82 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Şirvanda 20, Salyanda və Bankədə 2 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 4 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 470 sm, Şirvanda 342 sm, Salyanda 308 sm, Bankədə 245 sm, Araz çayının Novruzlu məntəqəsində isə 180 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR