Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Gəncədə qəbul keçirib - FOTO - VİDEO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Gəncədə qəbul keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 yanvar 2014 12:36 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Gəncədə vətəndaşları qəbul edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəbulda Şəmkir, Naftalan, Qazax, Gədəbəy, Ağstafa, Tovuz, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan 50-dən artıq vətəndaş iştirak edib.

Müraciətlər əsasən uşaqların xəstəlilikləri, mənzil problemi, alimentlərin verilməsi, müalicəyə göndərilmə ilə bağlı olub. Həmçinin münaqişəli ailələr və ev tikmək üçün torpaq sahəsi istəyənlərdə komitə sədrindən kömək istəmək üçün qəbulda iştirak edib. Şikayətlərin bəziləri yerindəcə həll edilib. Yerdə qalan müraciətlər araşdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR