Azərbaycan Qızıl Aypara Cəmiyyəti Soma mədənində baş vermiş faciə nəticəsində həlak olanların ailə üzvlərinə yardım kampaniyasını yekunlaşdırıb

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Soma mədənində baş vermiş faciə nəticəsində həlak olanların ailə üzvlərinə yardım kampaniyasını yekunlaşdırıb
# 02 iyul 2014 14:21 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) may ayının 16-da başlatdığı Türkiyənin Soma vilayətində baş vermiş mədən faciəsi nəticəsində həlak olmuş insanların ailə üzvlərinə yardım kampaniyası yekunlaşıb. Bu barədə APA-ya AzQAC-dan məlumat verilib.

“Somaya yardım” devizi ilə keçirilən kampaniyada toplanmış ümumilikdə 40 243 ABŞ dolları məbləğində vəsaiti Türk KızılAy-ın bank hesabına köçürülüb.

Qeyd edək ki, may ayının 13-də Manisa vilayətində yerləşən 787 nəfərin çalışdığı Soma kömür mədənində baş vermiş yanğın nəticəsində 301 nəfər mədən işçisi həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR