Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməyə dair təklifə AŞPA-nın İnsan hüquqları və hüquqi məsələlər üzrə Komitəsi baxacaq

Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməyə dair təklifə AŞPA-nın İnsan hüquqları və hüquqi məsələlər üzrə Komitəsi baxacaq
# 23 iyun 2014 13:44 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk plenar iclasında qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyətinə dair müzakirələr keçirilib.

APA-nın Avropa müxbiri xəbər verir ki, müzakirələrdə irlandiyalı deputat Mikael Mcnamara tərəfindən hazırlanmış "Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməyə təklif" adlı sənəd müzakirə olunaraq səsə qoyulub. Assambleya üzvlərindən 37 nəfər lehinə, 32 nəfər əleyhinə, 10 nəfər bitərəf olmaqla sənədin AŞPA-nın İnsan hüquqları və hüquqi məsələlər üzrə Komitəsinə təhvil verilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR