Bu gün Gürcüstan katalikos-patriarxı II İlyanın 81 yaşı tamam olub

Bu gün Gürcüstan katalikos-patriarxı II İlyanın 81 yaşı tamam olub
# 04 yanvar 2014 20:47 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın katalikos-patriarxı II İlyanın 81 yaşı tamam olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yubiley münasibətilə II İlyanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, müdafiə naziri İrakli Alasania, bir neçə nazir və partiya sədrləri təbrik edib və dini liderə uzun ömür, cansağlığı arzulayıblar.

Qeyd edək ki, II İlya (Giorgi Quduşauri-Şiolaşvili) 1933-cü ilin yanvarın 4-də Vladiqafqazda anadan olub. 1977-ci ildən Gürcüstanın katalikos-patriarxı seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR