Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri ilə görüşüb
# 06 iyun 2014 12:48 (UTC +04:00)

Bakı – APA. İyunun 6-da Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri Anifah Amanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Malayziya xarici işlər nazirinin səfərinin Azərbaycan-Malayziya əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini deyib.

Nazirlər tərəfindən iki ölkə arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi məsləhətləşmələr mexanizminin intensivləşdirilməsi və müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyi vurğulanıb. E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Malayziya tərəfinə minnətdarlığını ifadə edib. O, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Malayziya arasında energetika, investisiyalar, turizm, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları, elm-təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barəsində fikir mübadiləsi aparılıb və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR