Bakı Metropoliteni 6 məcburi köçkün ailəsinin evlərinin sökülməsi ilə bağlı açıqlama yayıb

Bakı Metropoliteni 6 məcburi köçkün ailəsinin evlərinin sökülməsi ilə bağlı açıqlama yayıb
# 23 may 2014 14:20 (UTC +04:00)

Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O bildirib ki, sakinlər əvvəlcə etiraz etsələr də, daha sonra başqa çıxış yolunun olmadığını anlayıblar: “Əraziyə bizim işçi qüvvəmiz gəldi, sakinlərin iştirakı ilə əşyaları maşınlara yükləndi və onlarla bir yerdə Abşeron qəsəbəsi Mehdiabad qəsəbəsindəki yeni ünvanlarına yola salındı”.

N.Paşayev evlərin sökülməsi ilə bağlı heç kimin saxlanılmadığını qeyd edib: “Boşaldılan evlər tamamilə sökülüb. Sakinlər evlərindəki qapı-pəncərəni özləri ilə aparmaq istədilər. Onlara yardım etdik. Qeyd edim ki, burada yerli sakinin də evi sökülüb. Belə ki, 2 il öncə onun bank hesabına pul köçürülüb, təzminat alıb. O, həmin vaxt köçməmişdi. İndi onun da evi boşaldıldı”.

N.Paşayev deyib ki, ərazi tamamilə təmizləndikdən sonra qatar relsləri çəkiləcək: “Deponun sakinlər yaşamayan hissəsində işlər gedirdi, amma işləri tam həcmdə yerinə yetirmək mümkün olmurdu. Ən qısa vaxtda "Dərnəgül" elektrik deposunu təhvil verməyi planlaşdırırıq”.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC mayın 21-də ərazidə məskunlaşan 6 məcburi köçkün ailəsinə evlərini tərk etmək üçün sonuncu xəbərdarlığını edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR