Bakı. Könül Kamilqızı – APA. “Bu gün Azərbaycanın müxtəlif rayonlarında musiqi, bədən tərbiyəsi, əmək, təsviri incəsənət kimi dərslər keçilmir və onlara diqqət yetirilmir”.
APA-nın xəbərinə görə, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev təsis yığıncağında çıxışı zamanı deyib ki, bu dərslər bəzi məktəblərdə Riyaziyyat, Ana dili və digər dərslərlə əvəz olunur: “Bəzi dərslərin keçilməməsi nəticəsində uşaqlar yorulur və psixologiyasında müəyyən problemlər yaranır. Məktəblərdə tədrisdə uşaqların istirahəti dərslərlə növbələşməlidir”.
Ə.Ağayev valideynlərin əksəriyyətinin təhsil hüquqlarını bilməməsindən şikayətlənib. O qeyd edib ki, valideynlərin bu barədə məlumatlandırılmasına, onların məktəblərlə birbaşa əlaqə yaratmasına şərait yaradır.