Ağ Ev: Prezident Obama baş nazir Yasenyukla görüşündə Ukrayna xalqına qəti dəstəyini ifadə edəcək

Ağ Ev: Prezident Obama baş nazir Yasenyukla görüşündə Ukrayna xalqına qəti dəstəyini ifadə edəcək
# 10 mart 2014 09:58 (UTC +04:00)

Açıqlamada deyilir ki, prezident Obama martın 12-də Ağ Evdə Ukraynanın yeni baş naziri Arseni Yasenyuku salamlayacaq: “Görüş zamanı ABŞ-ın böhran anlarında mərdlik və dəyanət nümayiş etdirən Ukrayna xalqına qəti dəstəyi ifadə olunacaq”.

B.Obama və A.Yasenyuk Rusiyanın Krımda davam edən hərbi müdaxiləsinin sülh yolu ilə həlli, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunması yollarını müzakirə edəcəklər. Tərəflər beynəlxalq birliyin iqtisadi problemlərin həlli üçün Ukraynaya yardım göstərməsi və ölkədə mayın 25-də keçiriləcək prezident seçkiləri kimi məsələlərə də toxunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR