Məhkumdan narkotik vasitə götürülüb

Məhkumdan narkotik vasitə götürülüb
# 11 iyun 2014 10:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumdan narkotik vasitə götürülüb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Gündüz Çingiz oğlu Abışovun üzərinə baxış keçirilən zaman əlinin içində gizlədilmiş, siqaret kağızına bükülmüş, xalis çəkisi 0,205 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR