Krım Ali Radasının Rəyasət Heyəti muxtar respublikada referendumun keçirilməsi haqda qərar verib

Krım Ali Radasının Rəyasət Heyəti muxtar respublikada referendumun keçirilməsi haqda qərar verib
# 27 fevral 2014 12:49 (UTC +04:00)

APA-nın Krım informasiya agentlyinə istinadən verdiyi məlumata görə, müraciətdə Krım Ali Radası Rəyasət Heyətinin referendumun keçirilməsi haqda qərar verdiyi bildirilir.

“Radikal millətçilərin Ukraynada hakimiyyəti ələ keçirməsi nəticəsində Krımda sabitlik təhlükə altına düşüb. Ukrayna xaos, hərcmərclik və iqtisadi fəlakətə yuvarlanır. Bu şəraitdə Krım Ali Radası muxtar respublikanın taleyinə görə məsuliyyəti öz üzərinə götürür. Radanın Rəyasət Heyətinin üzvləri əmindir ki, muxtar respublikanın statusunun təkmilləşdirilməsi və səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendumun keçirilməsi kənar təzyiq olmadan muxtariyyatın gələcəyini müəyyən etməyə kömək edəcək”, - deyə müraciətdə vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR