TÜRKSOY-un 16-cı “Rəssamlar görüşü” keçirilir

TÜRKSOY-un 16-cı “Rəssamlar görüşü” keçirilir
# 10 iyul 2013 14:37 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. 2013-cü ilin “Türk dünyası mədəniyyət paytaxtı” olan Əskişəhərdə TÜRKSOY-un 16-cı “Rəssamlar görüşü” keçirilir. APA-nın məlumatına görə, görüş TÜRKSOY-un 20 illik yubileyi münasibətilə tədbirlər çərçivəsində Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) tərəfindən təşkil olunub. "Rəssamlar görüşü"ndə 18 ölkədən fırça ustaları, o cümlədən Azərbaycandan Məhsəti İbrahimova iştirak edir.

Rəssamların əsərləri iyulun 14-17-də sənətsevərlərə təqdim olunacaq.

1997-ci ildən ənənəvi olaraq təşkil olunan TÜRKSOY "Rəssamlar görüşü" türk dünyasının təsviri sənət ustalarını bir araya gətirir. İndiyədək bu tədbirlərə 200-dən çox rəssam qatılıb. Onların yaratdıqları əsərlər TÜRKSOY-un rəsm kolleksiyasında saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR