Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək
# 13 iyun 2014 08:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva-APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qəbələdə vətəndaş qəbulu keçirəcək.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq K. Həsənov iyunun 20-də Qəbələ şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.

Qəbulda Qəbələ, İsmayıllı, Oğuz və Şəki rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR