Kaliforniyanın Monterrey şəhərində Azərbaycan musiqisi konserti keçiriləcək

Kaliforniyanın Monterrey şəhərində Azərbaycan musiqisi konserti keçiriləcək
# 08 noyabr 2013 09:00 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşmış ABŞ-ın Kaliforniya ştatının Monterrey şəhərində Azərbaycan musiqisi konserti keçiriləcək. APA-nın “Monterrey Herald” qəzetinə istinadən verdiyi məlumata görə, noyabrın 9-da keçiriləcək konsertdə bəstəkar Həsən Rzayevin “Kamança və simfonik orkestr üçün Çahargah” rapsodiyası və Azərbaycanın xalq artisti Hacı Xanməmmədovun “Kamança və simfonik orkestr üçün konsert” əsərləri səsləndiriləcək. Konsertdə hazırda ABŞ-da yaşayan Azərbaycanın kamança virtuozu İmamyar Həsənov da çıxış edəcək.

Konsertin dirijor Fərhad Xudiyev idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR