Azərbaycan Opera və Balet Teatrı ilə Roma Opera Teatrı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb - FOTO

Azərbaycan Opera və Balet Teatrı ilə Roma Opera Teatrı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 10:02 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və Turizm Nazirliyində Roma Opera Teatrının direktoru Katello de Martono ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikov arasında ikitərəfli əməkdaşlıq haqqında Memorandum imzalanıb.

APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanla İtaliya arasında mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirib: “Azərbaycan musiqiçiləri İtaliyanın musiqi məktəblərində təhsil alır, təkmilləşmələrdə iştirak edirlər. İnanıram ki, bizim Opera və Balet Teatrının gələcək inkişafında İtaliya teatr xadimlərinin rolu böyük olacaq”.

Ə. Qarayev əlavə edib ki, növbəti ildə Dövlət Opera və Balet Teatrının yenidən qurulması layihəsində İtaliya mütəxəssisləri iştirak edəcəklər: “Biz Florensiya Universiteti ilə əməkdaşlıq edirik, tarixi abidələrin bərpasında onların təcrübələrindən istifadə edirik”.

Roma Opera Teatrının direktoru Katello de Martono qarşılıqlı əməkdaşlığın səmərəli olacağına inandığını vurğulayıb: “Ümidvaram ki, qarşılıqlı işlərimiz uğurla başa çatacaq. Bizim teatr gənc sənətçilərə böyük diqqət göstərir. Bizim uşaqlardan ibarət orkestrimiz var və mən təklif edərdim ki, bu orkestr Azərbaycanda qastrol səfərində iştirak etsin”.

İmzalanma mərasimində Roma merinin köməkçisi Daniela Traldi və Roma Opera Teatrı direktorunun köməkçisi Galli Mikelle də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR