Müsavat Partiyası Rüstəm İbrahimbəyovun “Azadlıq” qəzetində dərc olunmuş məqaləsini araşdıracaq

Müsavat Partiyası Rüstəm İbrahimbəyovun “Azadlıq” qəzetində dərc olunmuş məqaləsini araşdıracaq
# 18 yanvar 2014 11:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyası Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun imzası ilə “Azadlıq” qəzetində dərc olunmuş məqalənin ona məxsus olub-olmadığını araşdıracaq. Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

A. Hacılı bildirib ki, R. İbrahimbəyovun Müsavat Partiyası haqqında aparılan böhtan kampaniyasında iştirak etməsinə inanmır və buna görə də bu fikirlərin ona aid olub-olmadığı araşdırılacaq: “Hesab edirəm ki, bunu araşdırmaq çətin olmayacaq”.

A. Hacılı Müsavat Partiyasının müxalifət qüvvələri arasında qarşılıqlı ittihamlara birtərəfli qaydada moratorium qoyulması haqqında qərarının ləğvini istisna etməyib: “Bu qərarın ləğvi Müsavat Partiyasının strukturları tərəfindən də təklif olunur. Biz hazırda 20 Yanvar faciəsinin ildönümünün qeyd olunması, Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi məsələləri ilə məşğuluq. Ancaq heç şübhəsiz ki, ünvanımıza səslənən böhtan və təhqirlərə cavab veriləcək”.

Qeyd edək ki, R. İbrahimbəyovun “Azadlıq” qəzetində dərc olunmuş yazısında bildirilir ki, Milli Şuradan çıxmaq Müsavat Partiyasına hakimiyyətlə yaxınlaşmaq üçün lazım idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR