Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 05 iyun 2014 14:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısını alıblar.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum İntiqam Mirzəli oğlu Əsgərova vətəndaş Nurlan Əzizağa oğlu Həsənovun göndərdiyi sovqata baxış keçirilib.

Bu zaman şəkər tozundan bişirilərək hazırlanmış nabatın içərisində 5 ədəd sellofana bükülmüş xalis çəkisi 3,332 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR