Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin V cildi çapdan çıxıb - FOTO

Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin V cildi çapdan çıxıb - <span style="color: red;">FOTO
# 02 iyun 2014 09:22 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin V cildi çapdan çıxıb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, kitabı ərəb əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına çevirən, ön sözün müəllifi və lüğətin tərtibçisi professor Şirməmməd Hüseynovdur.

"Qanun" nəşriyyatının öz hesabına çap etdirdiyi kitaba M. Ə. Rəsulzadənin 1918-ci ilin fevral, 1920-ci il aprel aylarında mətbuatda və rəsmi sənədlərdə dərc edilmiş 100-dən artıq əsəri daxil edilib.

564 səhifədən ibarət kitabın redaktorları professor Şamil Vəliyev və Samir Xalidoğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR