Polşada Azərbaycan gənclərinin görüşü keçiriləcək

Polşada Azərbaycan gənclərinin görüşü keçiriləcək
# 04 sentyabr 2013 15:15 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Polşada Azərbaycan gənclərinin görüşü keçiriləcək. APA-nın məlumatına görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəal üzvlərindən ibarət nümayəndə heyəti sentyabrın 5-dən 12-dək Polşanın Krakov şəhərində beynəlxalq “Gəncliyə çağırış” layihəsində iştirak edəcək.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Texniki, Bakı Slavyan, Dövlət Mədəniyyət və İncəsənət universitetlərinin tələbələri daxildirlər. Layihədə Almaniya, İtaliya, Polşa, Belarus, Malta və Gürcüstan da təmsil olunacaq.

Beynəlxalq tədbirdə iştirakçılar ətraf mühit məsələləri və iqlim dəyişikliyi, sosial təcrid, mədəniyyətlərarası dialoq, nəsillərarası həmrəylik və digər qlobal məsələlər ətrafında müzakirələr aparacaqlar. Sonda layihə iştirakçılarına “Youthpass” sertifikatları veriləcək.

Nümayəndə heyətimiz layihə çərçivəsində “Azərbaycan gecəsi” təşkil edəcək. Gecədə Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti iştirakçı ölkələrə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR