Azərbaycan biznesmenləri Tehranda keçiriləcək beynəlxalq ticarət sərgisinə dəvət olunub

Azərbaycan biznesmenləri Tehranda keçiriləcək beynəlxalq ticarət sərgisinə dəvət olunub
# 22 oktyabr 2013 12:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Oktyabrın 28-dən noyabrın 1-dək Tehran Beynəlxalq Sərgi Meydanında İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin XIV Ticarət Sərgisi keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, beynəlxalq sərgi İran Sənaye, Mədən və Ticarət Nazirliyi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi və «Iran International Exhibitions Co.» şirkəti tərəfindən təşkil olunur.

Sərgidə iştirak üçün Azərbaycana 21 kv. metr ödənişsiz yer ayrılıb. Digər əlavə təchiz edilmiş hər 1 kv. metr yer üçün 190 ABŞ dolları, təchiz edilməmiş yer üçün isə 175 dollar ödəniş haqqı müəyyən edilib. Tədbir təşkilatçıları Azərbaycanda fəaliyyət göstərən sahibkarları və işgüzar dairələri Tehranda keçiriləcək bu beynəlxalq sərgidə iştiraka dəvət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR