Fransa prezidentinin səfəri öncəsi Vatikanda partlayış baş verib

Fransa prezidentinin səfəri öncəsi Vatikanda partlayış baş verib
# 24 yanvar 2014 09:46 (UTC +04:00)

Bakı – APA. Romanın tarixi mərkəzində, Fransa Fondu binasının yaxınlığında partlayıcı qurğu işə düşüb.

APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, partlayış Fransa prezidenti Fransua Ollandın Vatikana səfərinin başlanmasından bir neçə saat öncə baş verib.

İtaliyanın “La Republicca” qəzetinin internet portalı fondun Fransanın Vatikandakı səfirliyi ilə əlaqəli olduğunu yazıb.

Partlayış nəticəsində ətrafdakı 5 avtomobilin yararsız hala düşdüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR