Bakıda 16 mərtəbəli binadan sakinlər evakuasiya olunub - FOTO-YENİLƏNİB

Bakıda 16 mərtəbəli binadan sakinlər evakuasiya olunub - <span style="color: red;">FOTO -<span style="color: red;">YENİLƏNİB
# 22 fevral 2014 11:40 (UTC +04:00)

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, binada yaşayan sakinlər artıq evakuasiya ediliblər.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Yanğın Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında qeydə alınıb.

Yanğın binanın 4-5-6-cı mərtəbələrini əhatə edib.

Hadisə yerində FHN-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının başvermə səbəbi bəlli deyil.

Yanğın baş vermiş ərazidə nəqliyyatın hərəkəti tam bərpa edilib.

* * *

Saat 14.23

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Səbail rayonu ərazisindəki yaşayış binasında yanğın baş verib.


APA-nın məlumatına görə, Fikrət Əmirov küçəsi 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın başlayıb. Yanğının binanın 4-cü mərtəbəsindən başladığı bildirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidmətinin əməkdaşları yanğını söndürməyə çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR