Bakıda hava limanında vəfat edən Türkiyə vətəndaşının meyiti ölkəsinə yola salınıb

Bakıda hava limanında vəfat edən Türkiyə vətəndaşının meyiti ölkəsinə yola salınıb
# 28 dekabr 2013 12:30 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Dekabrın 27-də Heydər Əliyev Beynəlxalq Hava Limanında vəfat edən Türkiyə vətəndaşı Güneren Bahrinin cəsədi Türkiyəyə göndərilib.

Türkiyənin Azərbaycandakı səfirliyin konsulluq şöbəsindən APA-ya verilən məlumata görə, mərhumun meyiti bu gün səhər saat 5-də Türkiyəyə yola salınıb.

Xatırladaq ki, dekabrın 27-də Heydər Əliyev Beynəlxalq Aeroportunda ölüm hadisəsi baş verib. Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Bakı-İstanbul reysinin sərnişini, Türkiyə vətəndaşı Güneren Bahri İsmayıl oğlu qəfildən dünyasını dəyişib. Ölümün səbəblərini müəyyən etməkdən ötrü ekspertiza təyin edilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR