İstintaq təcridxanasına və Qobustan həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına və Qobustan həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb
# 01 noyabr 2013 14:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan 1991-ci il il təvəllüdlü Elnur Yengibar oğlu Əliyevə əmisi, Kürdəmir rayon sakini Rövşən Cəlil oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilib. Bu zaman çörəyin içərisində gizlədilmiş “Nokia” markalı mobil telefon aşkar edilərək götürülüb.

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Qobustan həbsxanasında cəza çəkən 1973-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 206.3.2; 234.4.3; 234.4.1; 66.3 maddələri ilə təqsirli bilinərək 10 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Akif Ələkbər oğlu Məmmədova 1996-cı il təvəllüdlü oğlu, Hacıqabul rayon sakini Xəyyam Akif oğlu Kazımov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman qara rəngli ayaqqabının sağ tayının içərisində xüsusi üsulla gizlədilmiş bir ədəd mobil telefon mikrosxemi aşkar edilərək götürülüb.

Hər bir fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR