Qətər əmiri, Ukraynanın keçmiş prezidenti və Dövlətlərarası Aviasiya Komitəsinin sədri İlham Əliyevə təbrik ünvanlayıblar

Qətər əmiri, Ukraynanın keçmiş prezidenti və Dövlətlərarası Aviasiya Komitəsinin sədri İlham Əliyevə təbrik ünvanlayıblar
# 11 oktyabr 2013 10:35 (UTC +04:00)

Bakı – APA. Qətər Dövlətinin əmiri Təmim bin Həməd Al Tani Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, əmir İ. Əliyevi Azərbaycan prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Qətər Dövlətinin xalqı və öz adından təbrik edib.

1994-2005-ci illərdə Ukrayna prezidenti olmuş Leonid Kuçma və Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina da İ. Əliyevə təbrik ünvanlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR