Əli Əmirlinin “Hasarın o üzü” tamaşasının premyerası keçiriləcək - FOTO

Əli Əmirlinin “Hasarın o üzü” tamaşasının premyerası keçiriləcək - <span style="color: red;">FOTO
# 03 dekabr 2013 12:33 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Dekabrın 21-22-də Gənc Tamaşaçılar Teatrında dramaturq Əli Əmirlinin “Hasarın o üzü” adlı pyesi əsasında səhnələşdirilən tamaşanın premyerası keçiriləcək.

Teatrdan APA-ya verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir. Rolları xalq artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva və Səbinə Məmmədova ifa edəcəklər.

Teatrdan bildiriblər ki, tamaşa bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edir. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bədii obrazlar vasitəsilə önə çəkilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR