Rio de Janeyroda Braziliya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTO

Rio de Janeyroda Braziliya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunmuş konfrans keçirilib - <span style="color: red;">FOTO
# 23 oktyabr 2013 00:30 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 21-də Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü ilə Rio de Janeyro Federal Universitetində Braziliya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunmuş “Braziliya-Azərbaycan: nailiyyətlər və perspektivlər” adlı konfrans keçirilib. Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan səfir Elnur Sultanov 20 ildə Azərbaycan-Braziliya münasibətlərində siyasi, iqtisadi və mədəni sahələrdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Səfir son zamanlar ikitərəfli təmaslarda müşahidə olunan dinamikanı vurğulayaraq hərtərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib.

Sonra Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, professor Vüsal Qasımlı “Azərbaycan: inkişaf edən iqtisadi güc” adlı təqdimat edərək, tədbir iştirakçılarına Azərbaycanın surətli iqtisadi inkişafı, ölkəmizin aparıcı rolu ilə həyata keçirilən irihəcmli layihələrlə bağlı ətraflı danışıb.

Daha sonra Universitetin beynəlxalq münasibətlər fakultəsinin professoru Aleksand Jebit çıxışında Braziliya-Azərbaycan münasibətlərinin inkişafından məmnunluğunu bildirib və bu kimi tədbirlərin müntəzəm təşkil olunmasının vacibliyini vurğulayıb.

Sonda Rio de Janeyro Federal Universitetinin beynəlxalq münasibətlər kafedrasının əməkdaşı Paulo Henrike də çıxış edərək bu yaxınlarda Braziliyada Azərbaycan səfirliyi və Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” adlı inşa müsabiqəsinin uğurlu nəticələrindən söz açıb və baş tutmuş bu kimi digər layihələrdən danışıb.

Qeyd edək ki, tədbirdə müəllim və tələbə heyəti, o cümlədən Braziliya XİN-in nümayəndəsi iştirak edib.

Tədbirin sonunda iştirakçılara Azərbaycanın tarixini, mədəniyyətini, müasir inkişafını və digər sahələri əks etdirən materiallar paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR