"Naxçıvan xalçaçıları" kitabı ABŞ-da ingilis dilində çap olunub - FOTO

"Naxçıvan xalçaçıları" kitabı ABŞ-da ingilis dilində çap olunub - <span style="color: red;">FOTO
# 27 yanvar 2014 09:51 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. "Azər-İlmə" xalçaçılıq şirkətinin nəşr etdirdiyi "Naxçıvan xalçaçıları" kitabı ABŞ-da ingilis dilində çap olunub.

“Azər-İlmə”dən APA-ya verilən məlumata görə, kitab Nyu-Yorkun "Hudson Publishing" nəşriyyat evində nəşr edilib: “Professor Vidadi Muradovun müəllifi olduğu kitabın ingilis dilində nəşr olunması Azərbaycan xalçaçılığının dünyada təmsil və təbliğ olunması baxımından önəm daşıyır. Kitabda Muxtar Respublikanın 7 rayonunun 68 kəndindən 254 toxucu haqqında məlumatlar, rəngarəng ekspedisiya materialları yer alıb. Şahbuzdan 31, Şərurdan 58, Babəkdən 49, Culfadan 37, Sədərəkdən 8, Kəngərlidən 35, Ordubaddan 36 toxucunun həyat və fəaliyyəti ilə yanaşı, qədim abidələrdən, şəxsi fantaziyalardan, yerli adət-ənənələrdən qaynaqlanan xalçalar işıqlandırılıb”.

Qeyd edək ki, Naxçıvan xalça məktəbi ilk dəfə "Azər-İlmə" tərəfindən kompleks tədqiqatlara cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR