Çində yanğın nəticəsində 10 şaxtaçı yerin altında qalıb

Çində yanğın nəticəsində 10 şaxtaçı yerin altında qalıb
# 23 iyul 2013 21:18 (UTC +04:00)

Bakı-APA. Çinin şimal-qərbindəki Şensi əyalətində kükürd hasilatı şaxtasında baş vermiş yanğın nəticəsində 10 şaxtaçı yerin altında qalıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, insident Çençen rayonunda şaxtada qeydə alınıb. Yanğın başladıqdan sonra 18 şaxtaçını xilas etmək mümkün olub.

İlkin versiyaya görə, yanğına səbəb elektrik naqillərin təmiri zamanı təhlükəsizlik qaydalarının pozulması olub.

Hazırda hadisə yerində xilasedicilər çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR