Səfər Əbiyev Rusiyanın Nijnı-Tagil şəhərində keçiriləcək hərbi sərgiyə dəvət olunub

Səfər Əbiyev Rusiyanın Nijnı-Tagil şəhərində keçiriləcək hərbi sərgiyə dəvət olunub
# 06 sentyabr 2013 14:19 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Rusiyanın Nijnı-Tagil şəhərində keçiriləcək hərbi sərgiyə dəvət olunub.

Bu barədə APA-ya sərginin təşkilat komitəsindən məlumat verilib.

Sentyabrın 25-dən 28-dək davam edəcək Rusiya Hərbi Sərgisi-2013 “Russian Arms Expo-2013” çərçivəsində Rusiya və 50 ölkədən hərbi şirkətlər özlərinin müxtəlif texnologiyalarını nümayiş etdirəcəklər. Sərgi çərçivəsində bəzi silah və hərbi texnikaların nümunəvi çıxışları və praktiki atışları olacaq.

Sərgidə iştirakla bağlı Azərbaycanın Müdafiə Nazirliyi ilə yanaşı digər hərbi qurumlarına da dəvət məktubu göndərilib.

Qeyd edək ki, ötən il Azərbaycan Rusiyanın hərbi ticarətində ilk beşlikdə yer tutub. Son illərdə Azərbaycan Rusiyadan ümumilikdə 4 milyard dollardan artıq dəyərə malik silah və hərbi texnika alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR