Usta “KamAZ”ın altında qalaraq ölüb

Usta “KamAZ”ın altında qalaraq ölüb
# 11 fevral 2014 09:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda avtomobil ustası faciəli şəkildə ölüb. Paytaxtın Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qızıldaş qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən daş karxanasında Daşkəsən rayon sakini Arif Məmmədov “KamAZ” markalı yük avtomobilini təmir edərkən onun altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR