“Bulla-Dəniz” yatağındakı quyuda artıq əşyalardan təmizlənib

“Bulla-Dəniz” yatağındakı quyuda artıq əşyalardan təmizlənib
# 06 sentyabr 2013 10:47 (UTC +04:00)

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, “Bulla-Dəniz” yatağında qazma zamanı baş vermiş qəzanın ləğv edilməsi istiqamətində işlər sentyabrın 5-də də plan üzrə davam etdirilib.

Gün ərzində qəza baş vermiş meydançanın şimal hissəsi yanğınsöndürmə gəmilərinin dəstəyi və “Zülfü Hacıyev” kran gəmisi vasitəsi ilə artıq əşyalardan təmizlənib. Qəza-ləğvetmə işləri üçün tələb olunan avadanlıqlar da artıq gətirilib və “Qurban Abbasov” kran gəmisinə yüklənilib, lazımi su nasosları isə yedək gəmisinə quraşdırılıb.

Hazırda ARDNŞ-ın və ABŞ-ın “Halliburton” şirkətinin “BOOTS & COOTS” servis xidməti mütəxəssislərinin iştirakı ilə fontanın ram olunması üçün istifadə olunacaq atqıya qarşı avadanlığın yoxlanması və sazlanması işləri yerinə yetirilir. Eyni zamanda qəza-ləğvetmə işlərinin sonrakı ardıcıllıqla həyata keçirilməsi planı üzərində birgə işlər də davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR