Prezident İlham Əliyev monqolustanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev monqolustanlı həmkarını təbrik edib
# 10 iyul 2014 17:14 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev monqolustanlı həmkarı Saxiaqiyn Elbeqdorju Monqolustanın milli bayramı münasibətilə təbrik edib. APA-nın məlumatına görə, təbrik məktubunda deyilir: “Monqolustanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və tərəqqi diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR