Qəza nəticəsində Oxot dənizində batanlardan 65 nəfərin şəxsiyyəti müəyyənləşib

Qəza nəticəsində Oxot dənizində batanlardan 65 nəfərin şəxsiyyəti müəyyənləşib
# 03 aprel 2015 00:32 (UTC +04:00)

Bakı-APA. Oxot dənizində Rusiyaya məxsus böyük balıqçı gəmisinin qəzaya uğraması nəticəsində batanlardan 65 nəfərin şəxsiyyəti müəyyənləşib, onlardan 24 nəfəri əcnəbilərdir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN regional mərkəzinin nümayəndəsi bildirib.

Xatırladaq ki, "Uzaq Şərq" adlı böyük balıqçı gəmi aprelin 1-ə keçən gecə Maqadan şəhərindən 300 km aralıda, Oxot dənizi akvatoriyasında qəzaya uğrayıb.

İlkin məlumata əsasən, gəminin göyərtəsində 78 Rusiya və 54 digər ölkə vətəndaşları olub. 13 nəfərin taleyi hələ ki, bəlli deyil. Gəminin kapitanı və onun əsas köməkçisi həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR