Polşa qoşunlarını Belarus və Baltik ölkələri ilə sərhədə yerləşdirir

Polşa qoşunlarını Belarus və Baltik ölkələri ilə sərhədə yerləşdirir
# 28 oktyabr 2014 09:39 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Polşa Müdafiə Nazirliyi ölkənin Belarus və baltik ölkələri ilə sərhədindəki hərbi qüvvələrinin sayını artırmaq barədə qərar qəbul edib. APA-nın xəbərinə görə, bu barədə “Associated Press” məlumat yayıb.

Polşanın müdafiə naziri Tomaş Semonyak bildirib ki, Polşa ordusu ölkənin şərqində ən azı üç hərbi baza qurmağa başlayıb. Onun sözlərinə görə, rəsmi Varşava 2017-ci ilə qədər şərq sərhədlərində qoşunların ümumi miqdarını bugünkü 30 faizdən 90 faizə çatdırmağı nəzərdə tutur.

“Hazırda təhlükəsizlik məsələsində “soyuq müharibə”dən sonra ən böyük böhran var və biz bundan nəticə çıxarmalıyıq”, - deyə nazir bildirib.

Qeyd edək ki, hazırda 120 minlik Polşa ordusunun çox hissəsi qərb sərhədində - “soyuq müharibə” dövründə inşa olunmuş hərbi bazalarda yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR