Bank Of Baku

Aİ Hörmüzün blokadasında iştirak etdiklərinə görə iki iranlıya və SEPAH-ın bölməsinə sanksiya tətbiq edib

Aİ Hörmüzün blokadasında iştirak etdiklərinə görə iki iranlıya və SEPAH-ın bölməsinə sanksiya tətbiq edib
# 08 iyun 2026 16:15 (UTC +04:00)

Avropa İttifaqı İrana sanksiyalar tətbiq edib.

“Reuters”in xəbərinə görə, Hörmüz boğazında gediş-gəlişi təhdid etdiklərinə görə 2 yüksək rütbəli İran rəsmisi - Məhəmməd Əkbərzadə və Həmin Hoseyni və SEPAH-ın bir bölməsi - Hərbi Dəniz Qüvvələrinin Hormozqan əyaləti üzrə komandanlığı Aİ-nin sanksiyasına məruz qalıb.

Əkbərzadənin SEPAH donanmasında siyasi işlər üzrə komandan müavini, Hoseyninin isə İranın Neft, Qaz və Petrokimyəvi Məhsul İxracatçıları Birliyinin üzvü olduğu qeyd olunub.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasın sözlərinə görə, blok ilk dəfədir yeni naviqasiya azadlığı rejimi tətbiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR