Avropa İttifaqı Moldovaya 157 milyon avroluq dəstək vəsaiti ayırıb.
APA xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos “X” hesabında məlumat verib.
O, Moldovanın Aİ üzvlüyünə doğru qətiyyətli addımlarla hərəkət etdiyini və bu yolda islahatların aparıldığını vurğulayıb.
Ayrılan vəsaitin yol, məktəb tikilməsi və yeni iş yerlərinin yaradılması üçün nəzərdə tutulduğu qeyd olunub.