Avropa İttifaqının Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin edən “ASPIDES” missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib.
APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında bildirib.
O, Husilərin Səudiyyə Ərəbistanına hücumlarını qəbuledilməz adlandırıb.
Kallas Avropanın Qırmızı dənizdə gəmiçiliyi qorumağa kömək etdiyini qeyd edib.
Aİ-nin ali nümayəndəsi “ASPIDES” missiyasının xəbərdarlıq səviyyəsinin artırıldığını vurğulayıb. O əlavə edib ki, missiya gəmiləri müşayiət etməkdədir.