İstanbulda Hun-Macar-Türk genetik yaxınlığına dair toplantı keçirilib

İstanbulda Hun-Macar-Türk genetik yaxınlığına dair toplantı keçirilib
# 09 may 2015 21:33 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. İstanbulda Hun-Macar-Türk genetik və antropoloji yaxınlığına həsr edilmiş toplantı keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Türk Dünyası Araşdırmaları Vəqfi Süleymaniyyə kürsüsünün təşkil etdiyi toplantıda məruzə edən macarıstanlı alim, Macar-Türk fondunun başqanı Biro Andras Zsolt antropologiya, arxeologiya və etnoqrafiya materialları və araşdırmaları əsasında qədim hunlarla macarların və türklərin etnik cəhətdən yaxınlığına dair tezislərini dinləyicilərlə paylaşıb. Köçəri mədəniyyətinin özünəməxsus cəhətləri barədə danışan Andras Zsolt mifoloji və totemik inanışlardakı oxşarlıqlara istinadən Orta Asiya çöllərindən ayrılandan sonra da hunların öz ənənələrindən qopmadıqlarını, macaların isə bu gün o ənənələri dirçəltmək və yaşatmaq çox ciddi addımlar atdığını vurğulayıb.

Toplantının sonunda macar alim dinləyicilərin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR