İspaniya kralı, Roma Papası, İran, Litva və Xorvatiya prezidentləri Azərbaycanın dövlət başçısını təbrik ediblər

İspaniya kralı, Roma Papası, İran, Litva və Xorvatiya prezidentləri Azərbaycanın dövlət başçısını təbrik ediblər
# 03 iyun 2015 14:23 (UTC +04:00)

APA-nın məlumatına görə, H. Ruhaninin məktubunda deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan Respublikasının xalqını və dövlətini səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası rəsmilərinin birgə artan səyləri nəticəsində ölkələrimiz arasındakı gözəl dostluq münasibətləri xalqlarımızın qarşılıqlı mənafeyi istiqamətində ikitərəfli, regional və beynəlxalq səviyyələrdə bundan sonra daha da genişlənəcək.

Allah-Təaladan Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına isə rifah, səadət və başucalığı arzu edirəm”.

İ. Əliyevi 28 May – Respublika Günü münasibəti ilə həmçinin Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Litva prezidenti Dalya Qribauskayte, İspaniya kralı VI Felipe, Roma Papası Fransisk və İSESCO baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR