2014-cü ildə “Paşa Sığorta”nın aktivləri və məcmu kapitalı artıb

2014-cü ildə “Paşa Sığorta”nın aktivləri və məcmu kapitalı artıb
# 31 mart 2015 11:20 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “Paşa Sığorta” ASC-nin aktivləri 89 675 920,94 manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 15,93% çoxdur.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalının həcmində də artım qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 27,04% artaraq 59 881 300,13 manat olub.

2014-cü ildə şirkətin cəmi gəlirləri 55 693 703,31 manat, cəmi xərcləri isə 44 624 519,04 manat təşkil edib. Şirkət ötən ili 8 735 114,11 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR