Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 17 Avqust - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 17 Avqust - <span style="color: red;">VİDEO
# 17 avqust 2015 17:13 (UTC +04:00)

Durum paradoksaldır... Çünki terror təşkilatı... bütün dünyada terrora qarşı mübarizə apardığını bəyan edən ölkəyə müraciət edərək... terror müharibəsi apardığı dövlətlə... danışıqlar aparmaq üçün vasitəçilik etməsini istəyir... PKK-nın ABŞ-dan Türkiyə ilə danışıqlarda vasitəçilik etməyi xahiş etməsinin açması budur. Bu açıqlama Birləşmiş Ştatların terrora gerçək münasibətini ortaya qoyur. Vaşinqtonla Ankara arasında yaxınlaşma PKK-nı narahat edir və terrorçular bəyan edir ki, ABŞ Ankaraya dəstəkdən imtina etməzsə, kürdlər Böyük Ortadoğu layihəsinə dəstəyi geri çəkəcəklər. Cəmil Bayıkın açıqlamaları a) PKK-nın ABŞ tərəfindən idarə olunduğunu, b) Vaşinqtonun PKK terrorundan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyini, c) Ağ Evin PKK-ya Böyük Ortadoğu projesinin tərəfi kimi baxdığını, d) ABŞ-la PKK arasında mütəmadi təmasların olduğunu təsdiqləyir. Bu qədər gerçək...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR