Almaniya Bremerhafen limanının modernləşdirilməsinə ümumilikdə təxminən 1,5 milyard avro vəsait yönəldəcək.
Bu barədə “Euractiv” portalı məlumat yayıb.
Modernləşdirmənin əsas məqsədlərindən biri limanın Bundesver və NATO müttəfiqlərinə məxsus böyük həcmdə hərbi texnikanı, eləcə də iri qoşun kontingentlərini qısa müddətdə qəbul etmək imkanlarının genişləndirilməsidir.
Sentyabrın 7-də Bremen Senatı liman infrastrukturunun inkişafı üçün regional büdcədən 202,3 milyon avro ayrılması planını təsdiqləyib.
Bu qərar Almaniyanın federal hökumətinin layihəyə əlavə 1,35 milyard avro ayırması üçün şərtlərdən biri olub.
Federal vəsaitin 2026-2031-ci illər ərzində Bremerhafen limanının modernləşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.