"Aşıq Şəmşir Mədəniyyət ocağı"nda Dədə Şəmşirin xatirəsinə həsir olunmuş anım tədbiri keçirilib - FOTO - VİDEO

"Aşıq Şəmşir Mədəniyyət ocağı"nda Dədə Şəmşirin xatirəsinə həsir olunmuş anım tədbiri keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 mart 2015 11:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. "Aşıq Şəmşir Mədəniyyət ocağı"nda Dədə Şəmşirin xatirəsinə həsir olunmuş anım tədbiri keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Dədə Şəmşirin oğlu Qənbər Şəmşiroğlu, professorlar Məhərrəm Qasımlı, Şirindil Alışanov, Şahlar Əsgərov, Abuzər Xələfov, Folkolr inistutunun direktoru Muxtar İmanov, Türküyənin tanınmış ozanı Maksut Qoca Feryadi və Aşıq Şəmşir yaradıcılığının araşdırılması ilə məşğul olan alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qənbər Şəmşiroğlu qeyd edib ki, bu gün dünyanın irsi sayılan və Heydər Əliyev Fondunun fədakar təşəbbüsü ilə YUNESKO tərəfindən qorunan aşıq sənətinə dövlətimizin yüksək qayğısı və diqqəti var. Aşıq sənəti və bu sənəti yaşadan insanlar daim xalqın və dövlətin tərəfindən əziz tutulub. Onlara hər zaman böyük diqqət göstərilib, yaradıcılıqları dəyərləndirilib.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, ötən əsrin ən böyük sənətkarlarından olan, aşıq sənətimizin yaşadıcısı, öz zəngin şeiriyyatı və ustadlığı ilə aşıq yaradıcılığımızı zənginləşdirmiş böyük el sənətkarı Aşıq Şəmşir həmişə yüksək qayğı ilə əhatə olunmuş, yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Aşıq yaradıcılığına yeni istiqamət gətirən Aşıq Şəmşir öz yüksək sənətkarlığına görə Dədə adını xalqdan qazanıb. Dədə Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şeir­lər”, “Öyüdlər” və s. kitabları işıq üzü görub.

Professor Məhərrəm Qasımlı qeyd edib ki, ustad sənətkarın ifasında 1957-ci ildə 75 aşıq havasını lentə köçürüb. Professor Şahlar Əsgərov isə bildirib ki ,Kəlbəcər-Göycə, Qarabağ-Gəncəbasar ellərində məşhur olan Aşıq Şəmşirin xalq şairi Səməd Vurğun ilə deyişmələri həmin tarixi günlərin poetik ovqatını və təravətini indi də saxlayır. Dədə Şəmşir aşıq şeirinin müxtəlif poetik formalarında qələmə aldığı nümunələrlə Kəlbəcər ədəbi mühitinin qüdrətli söz sənətkarı kimi fərdi məktəbini yaradıb.

Daha sonra Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış ozanı Maksut Qoca Feryadi Dədə Şəmşir yaşadığı 87 illik ömründə yüz illərin o üzündən xəbər verən bir ozan kimi həmişə insanları haqqa, işığa səslədiyini bildirib. O Türkiyədə Dədə Şəmşirin xatirəsinə həsr ediləcək 1-ci Türkiyə Aşıqlar gecəsinin keçirilməsini və Dədə Şəmşir Kültür evininaçılması təşəbbüsü irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR