Qazaxıstan Azərbaycandan böyük həcmdə yanacaq-sürtgü materialları alacaq

Qazaxıstan Azərbaycandan böyük həcmdə yanacaq-sürtgü materialları alacaq
# 03 oktyabr 2014 08:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Qazaxıstanın “KazMunayQaz” neft-qaz şirkəti xaricdən bu ölkəyə yanacaq-sürtgü materiallarının (YSM) göndərilməsi barədə razılaşma əldə edib.

APA-Economics”in məlumata görə, bu barədə Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqaliyev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan son vaxtlar YSM çatışmazlığı ilə üzləşib: “Bu problemi həll etmək üçün “KazMunayQaz” Rusiya və Azərbaycan ilə böyük həcmdə müqavilələr bağlanılıb. Müqaviləyə əsasən, şirkət Rusiyadan 180 min ton, Azərbaycandan isə 10 min ton yanacaq-sürtgü materialları alacaq”.

“Qazaxıstan YSM çatışmazlığı ilə əlaqədar vəziyyətin düzələcəyini gözləyir və artıq vəziyyət yaxşılaşmaqdadır. 2016-cı ildə neftayırma zavodunun modernləşdirilməsi başa çatdıqdan sonra daxili bazar yanacaq-sürtgü materialları ilə tam təmin ediləcək və 2022-2023-cü ilədək Qazaxıstanda YSM qıtlığı olmayacaq”, - deyə M. Mirzaqaliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR