Bakı-APA. ABŞ hərbi aviasiyası İŞİD terror qruplaşmasının Suriyanın Hələb şəhəri yaxınlığındakı mövqelərinə hava zərbələri endirib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ hərbi komandanlığının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ABŞ Rusiyanın mövqeyindən asılı olmayaraq Suriyada hərbi əməliyyatları davam etdirəcək.